Xaribda | |
---|---|
![]() Henri Fyuslinin "Odissey Ssilla və Xaribda arasında seçim qarşısında" adlı rəsm əsəri, 1794–1796. | |
Cinsi | qadın[d] |
Atası | Poseydon |
Anası | Geya |
![]() |
Xaribda (yun. Χάρυβδις) — Yunan mifologiyasında dəniz canavarıdır. Xaribda, digər dəniz canavarı olan Silla ilə birlikdə, Odissey, Yason və Eney kimi epik qəhrəmanların qarşısına çıxan bir çətinlik kimi təsvir edilir.[1] Tədqiqatçılar onun Messina boğazında yerləşdiyini ehtimal edirlər. Başqa bir mifə görə, Xaribda Poseydon və Geyanın qızıdır və atasına sadiq bir xidmətçi kimi yaşayırdı.[2][3]
"Ssilla və Xaribda arasında qalmaq" ifadəsi iki təhlükəli vəziyyət arasında seçim etmək məcburiyyətində qalmaq mənasında işlədilir.